Rusiya ilə müharibə olacağı halda Ukraynanın şansı nə qədərdir? – “National Interest”backend

Rusiya ilə müharibə olacağı halda Ukraynanın şansı nə qədərdir? – “National Interest”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“National Interest” jurnalı Rusiya ilə hərbi qarşıdurma vəziyyətində Ukraynanın şanslarını qiymətləndirib.
TİA.AZ xəbər verir ki, müəllifin fikrincə, Kiyevdə Rusiyanın mürəkkəb raket əleyhinə müdafiəsini aşa biləcək silah yoxdur.
Şərhçi qeyd edib ki, Krımda quraşdırılmış S-400 Triumf zenit raket komplekslərinin Ukrayna əraziləri üçün ciddi təhlükə yaradır, çünki onlar 400 kilometr məsafədəki hədəfləri vurmağı bacarır. Eyni zamanda, Rusiyanın Su-35 qırıcıları, “hava-yer” raketləri və idarə olunan bombalarıyla düşmənin aviasiyası və əsas infrastrukturunu vuracaq.
Bundan əlavə, Kiyevdə Rusiyanın T-90A və 2S19 “Msta” özüyeriyən haubitsalarına tab gətirmək üçün kifayət qədər tank yoxdur.
“Rusiyanın böyük hava üstünlüyü və müasir raket əleyhinə müdafiə sistemi nəzərə alınaraq, Ukrayna ordusu bu sistemlərin yaratdığı təhlükəyə qarşı problemlər yaşayacaq”, – deyə müəllif fikrini yekunlaşdırıb. O, hər hansı bir qarşıdurmanın güc balansını dəyişdirə biləcək beynəlxalq müdaxiləni istisna etmədiyini də vurğulayıb.