Tribuna İnformasiya Agentliyi

Rusiya hökumətinin tam tərkibi bəlli oldu

18 May

Rusiya baş naziri Dmitri Medvedev prezident Vladimir Putinə hökumətin tam tərkibini təqdim edib.

Musavat.com Ruisya mətbuatına istinadən xəbər verir ki, hökumət üzvləri aşağıdakı adlardan ibarətdir.

Baş nazir müavinləri:
Baş nazirin birinci müavini – Maliyyə naziri: Anton Siluanov
Baş nazir müavini Dmitri Kozak (sənaye və enerji siyasətindən məsuldur)
Baş nazir müavini Tatyana Qolikova (sağlamlıq, təhsil və sosial siyasət)
Baş nazir müavini Aleksey Gördeyev (Kənd təsərrüfatı)
Baş nazir müavini Maksim Akimov (nəqliyyat və kommunikasiya)
Baş nazir müavini Vitali Mutko (tikinti)
Baş nazir müavini Olga Golodets (mədəniyyət və idman)
Baş nazir müavini Yuri Borisov (Müdafiə sənaye kompleksi)
Hökumət aparatının rəhbəri Konstantin Çuyçenko

Nazirlər

Təhsil naziri – Olqa Vasilyeva
Elm və ali təhsil naziri – Mixail Katyukov
Uzaq Şərqin inkişaf naziri Aleksandr Kozlov
Təbii eərvətlər və ekologiya naziri – Dmitri Kobılkin
İdman naziri – Pavel Kolobkov
Daxili işlər naziri – Vladimir Kolokoltsev
Ədliyyə naziri – Aleksandr Konovalov
Şimali Qafqaz üzrə işlər naziri- Sergey Çebotaryov
Xarici işlər naziri – Sergey Lavrov
Sənaye və ticarət naziri – Dmitri Manturov
Mədəniyyət naziri – Vladimir Medinski
Tikinti və yaşayış naziri – Vladimir Yakuşev
Rəqəmsal inkişaf, əlaqə və kütləvi əlaqə naziri – Konstantin Noskov
Enerji naziri- Aleksandr Novak
İqtisadi inkişaf naziri – Maksim Oreşkin
Mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə nazir – Yevgeni Zinçev
Səhiyyə naziri – Veronika Skvortsova
Nəqliyyat naziri – Yevgeni Ditrix
Kənd təsərrüfatı naziri – Dmitri Patruşev
Əmək və sosial mMüdafiə naziri – Maksim Topilin
Müdafiə naziri – Sergey Şoyqu

Rusiya mətbuatı hökumətdə yeni isimlərə diqqət çəkib. Bunlardan biri, kənd təsərrüfatı naziri Dmitri Patruşevdir. Dmitri Patruşev Rusiya Milli Təhlükəsizlik Şurasını katibi, Federal Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Nikolay Patruşevin oğludur.

Nazir olmazdan öncə Dmitri Patruşev Rusiyanın ən iri banklarından sayılan, əsasən kənd təsərrüfatı sahəsində maliyyə siyasəti, o cümlədən kreditlərin verilməsi ilə məşğul olan “Rosselxozbank”ın idarə heyətinin sədri olub.