Rusiya hərbçiləri ilə FSB-çilər atışdı: 3 ölübackend

Rusiya hərbçiləri ilə FSB-çilər atışdı: 3 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xersonda kafelərindən birində Rusiya hərbçiləri ilə FTX əməkdaşları arasında atışma olub. Hadisə nəticəsində 3 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə “Yahoo Nyus” məlumat yayıb.

“Atışma iyunun 19-da baş verib, lakin bu barədə sənədlər yalnız avqustda üzə çıxıb. FTX-nin dörd əməkdaşı kafeyə daxil olub və orada içki içən iki hərbçini görüb onlara töhmət verib. Sonra hərbçilərdən biri tapançanı çıxararaq döşəməyə atəş açıb. Onlar arasında atışma olub. İki FTX zabiti və bir hərbçi hadisə yerində ölüb. Daha ikisi müxtəlif dərəcəli yaralarla Sevastopoldakı xəstəxanaya yerləşdirilib. Dördüncü FTX zabiti hadisə yerindən qaçıb”, – məlumatda bildirilib.