Rusiya Müdafiə Nazirliyi Rusiyanın Hava-desant Qüvvələrinin İvanovo birləşməsinin tabor-taktik qrupunun Belarusa eniş etdiyini bildirib.
TİA.AZ xəbər verir ki, MN-in press-relizində Slavyan Qardaşlıq-2020 təlimləri çərçivəsində İl-76md təyyarələrinin İvanovo Hava-desant Qüvvələrinin tabor-taktik qrupunun Rusiya ərazisindən köçürüldüyü qeyd olunub.Hərbçilər paraşütlə” Brest”poliqonuna eniblər.
Enişdən sonra yaşayış məntəqəsinin bloklanması və şərti qanunsuz silahlı dəstələrin məhv edilməsi təlimləri icra ediləcək.