Rusiya hakimiyyəti rusları Navalnıdan uzaq tutmağın yolunu tapdıbackend

Rusiya hakimiyyəti rusları Navalnıdan uzaq tutmağın yolunu tapdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Federasiyası Təhsil Nazirliyi rusları övladlarını siyasətçi Aleksey Navalnının tərəfdarlarının aksiyalarına buraxmamağa çağırıb. 
TİA.AZ xəbər verir ki, bu barədə şöbənin VKontakte sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
“Məktəblilər, məktəb və ümumiyyətlə, təhsil mühiti siyasətdən kənardır və heç kimin gəncləri müxtəlif siyasi aksiyalara və təxribatlara cəlb etmək haqqı yoxdur”, – məlumatda deyilir.
Aksiya günü Təhsil Nazirliyi valideynlərə övladları ilə birlikdə sevdikləri filmlərə baxmağı, bütün ailə üzvləri ilə yemək hazırlamağı və s. məsləhət görüb.
Xatırladaq ki, bir neçə gün əvvəl Aleksey Navalnının tərəfdarları hazırda həbsdə olan siyasətçinin sərbəst buraxılması tələbi ilə etiraz aksiyaları keçirmək planlarını elan edib. Navalnı 15 fevrala qədər həbs edilib. Bir neçə gün əvvəl onun tərəfdarları nəzarətə alınıb.