Rusiya fond və valyuta bazarlarında çaxnaşma başladıbackend

Rusiya fond və valyuta bazarlarında çaxnaşma başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Moskva Birjasında indekslər açıq vəziyyətdə kəskin şəkildə aşağı düşüb.
TİA.AZ xəbər verir ki, bu barədə PRIME məlumat yayıb.
Hərracın məlumatlarından göründüyü kimi, Moskva Birjası avqust ayından bəri 3800 punktdan, RTS isə iyul ayından bəri ilk dəfə 1600-dən aşağı düşüb.
Rubl dollar və avro qarşısında da zəifləyir. Eyni zamanda, bazar ertəsi keçirilən hərracda Rusiya valyutası avqustun 27-dən bəri ilk dəfə olaraq 74 rubla qədər ucuzlaşıb.
Qeyd edək ki, panika Rusiyanın “Rusnano” dövlət şirkətinin “texniki defolt”u ilə bağlı xəbərlər fonunda müşahidə edilir.