Rusiya Finlandiya və İsveçə hücum etsə, nə olacaq? – NATO-dan açıqlamabackend

Rusiya Finlandiya və İsveçə hücum etsə, nə olacaq? – NATO-dan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer İsveç və Finlandiya üçün üzücü açıqlama verib.
TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, o, Rusiyanın İsveç və Finlandiyaya hücum edəcəyi təqdirdə NATO tərəfdindən buna cavab verilməyəcəyini açıqlayıb.

Bauer iki ölkə hələ NATO-ya üzv olmadıqları üçün mümkün hücum halında heç bir cavab verilməyəcək.
Bauer bildirib ki, NATO-ya üzv olmaq üçün müraciət etmiş Finlandiya və İsveçə üzv olana qədərki müddət ərzində verilə biləcək təhlükəsizlik təminatları NATO Müqaviləsinin 5-ci maddəsində göstərilən “bir müttəfiqə edilən hücum bütün ittifaqa edilmiş hücum” kimi dəyərləndirilməyəcək.
NATO-ya üzv olmaq üçün müraciət etmiş İsveç və Finlandiyaya təhlükəsizlik zəmanəti verilib-verilməyəcəyi ilə bağlı sualı cavablandıran Bauer iki ölkənin üzv olması üçün 30 müttəfiqin razılığının olması lazım olduğunu xatırladıb.
Bauer Rusiyanın hücumuna məruz qalan Ukraynadakı vəziyyəti də müzakirə etdiklərini bildirib və Ukrayna Baş Qərargah rəisi Valeri Zalujniyin son vəziyyətlə bağlı müttəfiq ölkələrin komandirlərini məlumatlandırdığını bildirib.