backend

Rusiya “Eurovision”dan imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya bu il keçirilən “Eurovision” mahnı müsabiqəsində iştirak etməyəcək. 

Rusiya bu il keçirilən “Eurovision” mahnı müsabiqəsində iştirak etməyəcək.

TİA.AZ xəbər verir ki, bu barədə Avropa Yayım Şurası rəsmi bəyanatında bildirib. Bəyanatda qeyd olunub ki, Rusiyanın müsabiqədə iştirakı üçün iki təklif irəli sürülüb.

Birinci təklifdə Yuliya Samoylovaya yarışmaya videokörpü vasitəsiylə qoşulma şansının olduğu deyilib. Yayım Şurasının ikinci təklifi isə Rusiyanın başqa iştirakçı göndərməsidir. 

Lakin, ölkənin birinci kanalı bu təklifləri rədd edib, yarışmaya qatılmayacaqlarını açıqlayıb. 

Bu məqamda qeyd edək ki,Rusiya azərbaycana yüksək bal verən ölkələr sırasındadır. Müsabiqədə bu il Azərbaycanı təmsil edən Diana Hacıyeva Rusiyada keçirilən səsvermədə ilk 3-lüyə daxil olub. 

Bununla da, Azərbaycana yüksək xal verən Rusiya yarışmadan imtina edib və müsabiqənin səsverməsində də iştirak etməyəcək.