Rusiya əsgərləri oğurladıqları əşyaları vətənlərinə göndərir (VİDEO)backend

Rusiya əsgərləri oğurladıqları əşyaları vətənlərinə göndərir (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Belaruslu müxalif jurnalistlər müşahidə kameralarından rus işğalçılarının Belarusdakı poçt şöbəsində Ukraynadan talan edilmiş əmlakları necə qeydiyyatdan keçirdiklərini əks etdirən video əldə edib.
Qaynarinfo Belarus mediasına istinadən xəbər verir ki, jurnalistlər “SDEK” çatdırılma xidmətinin ofisinin müşahidə kameralarının qeydini yayımlayıblar.
Video Belarusun Mozır şəhərində çəkilib. Görüntülərdə rus əsgərlərinin ukraynalılardan oğurladığı müxtəlif qiymətli əşyaları çatdırılma xidməti vasitəsilə vətənlərinə göndərmələri əks olunub.
Oğurlanmış əşyalar arasında televizorlar, elektrik skuteri, 4 paket AKAI kondisioneri, qiymət etiketləri olan spirt, videokartlar, avtomobil akkumulyatorları, mətbəx əşyaları aydın şəkildə görünür.
Videoda həmçinin Ukraynanın “Epicenter” tikinti materialları hipermarketindən işğalçılardan birinin oğurladığı əşyaları yığdığı qablaşdırma çantası da əks olunub.
Video çəkilişin 1 saat 2 dəqiqəsində rus əsgərlərindən birinin formasının qolunda şevron aydın görünür. Bu, işğal olunmuş Krımda yerləşən RF Silahlı Qüvvələrinin 56-cı Qvardiya Hava Hücum Alayıdır.