Rusiya əhalisi Ukraynaya qarşı işğalı dəstəkləyir – Müstəqil sorğu un nəticələribackend

Rusiya əhalisi Ukraynaya qarşı işğalı dəstəkləyir – Müstəqil sorğu un nəticələri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya əhalisinin mütləq əksəriyyəti (81%) rus ordusunun Ukraynaya qarşı hərbi əməliyyatını dəstəkləyir.
Qaynarinfo-nun verdiyi xəbərə görə, bunu “Levada” Mərkəzinin martın 31-də dərc etdiyi sorğunun nəticələri sübut edir. Sorğu 24-30 mart aralığında keçirilib.
Respondentlərin əksəriyyəti Rusiya silahlı qüvvələrinin Ukraynadakı hərəkətlərini dəstəkləyir: 53% “tam dəstəkləyir”, 28% “dəstəkləyir”.
Sorğuda iştirak edənlərin 14%-i dəstəkləmir, daha 6%-i isə cavab verməkdə çətinlik çəkir.
Prezidentin hərəkətlərini bəyənənlər və yaşlı nəsil arasında dəstək ən yüksə səviyyədədir (55 və daha yuxarı yaşlarda olanlar 86%).
Moskva və böyük şəhərlərdə dəstək nisbətən azdır.
Dəstəkləməyənlərin sırasında ən çox Vladimir Putinin prezident kimi fəaliyyətini bəyənməyənlər və gənclərdir (18-24 yaş arası 19%, 25-39 yaş arası 20%).
Dəstəyin motivləri arasında: “rusdilli əhalinin müdafiəsi” (43%), “sərhəd təhlükəsizliyi” (25%) və “denafikasiya” (21%) qeyd edilir. Əleyhinə olanların arqumentləri: zorakılıq və insanların ölümü yolverilməzdir (43%); başqa dövlətdir və başqa dövlətin ərazisinə girmək olmaz (19%).
Ukraynadakı hərbi əməliyyatlar nəticəsində ruslar arasında üstünlük təşkil edən hisslər: “Rusiya üçün qürur” (51%), “narahatlıq, qorxu, dəhşət” (31%), “şok” (12%) olub. Yalnız 18-24 yaş qrupu “narahatlıq, qorxu, dəhşət”in üstünlük təşkil etdiyi qrupdur (37%).