Rusiya dünyada qaz ixracında liderliyini itirmə ehtimalını qəbul etdibackend

Rusiya dünyada qaz ixracında liderliyini itirmə ehtimalını qəbul etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya hökuməti 2024-cü ildə Rusiyanın qaz ixracında dünyadakı liderliyini itirə biləcəyini qəbul edir. 
TİA.AZ RİA Novosti-yə istinadla xəbər verir ki, bu, Rusiya Federasiyasının 2035-ci ilədək Enerji Strategiyasının həyata keçirilməsinə dair fəaliyyət planından irəli gəlir.
Bu sənədə görə, Rusiya 2023-cü ilə qədər beynəlxalq bazara qaz tədarükündə lider olacaq və gələcəkdə qaz ixracı baxımından ikinci yeri tuta bilər.
Rusiya hazırda beynəlxalq bazarları, ilk növbədə Avropa bazarını ixracatçılar arasında ən böyük həcmdə qazla təmin edir. OPEC-ə görə, 2019-cu ildə Rusiya Federasiyasından ixracın həcmi təxminən 261 milyard kubmetr qaz təşkil edib.
İkinci yeri 143 milyard kubmetr göstərici ilə Qətər, üçüncü yeri 132 milyard göstərici ilə ABŞ, dördüncü və beşinci yeri Norveç (111 milyard kubmetr) və Avstraliya (100 milyard kubmetr) tutub.