Rusiya dövlət televiziyası dünyanı qorxuya salan xəritə yayımladı – FOTObackend

Rusiya dövlət televiziyası dünyanı qorxuya salan xəritə yayımladı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya televiziyasında yayımlanan xəritə hər kəsi təəccübləndirib.

AZXEBER.COM xəbər verir ki, Rusiyanın dövlət televiziyası “Rossiya 1” dünən axşam yayımlanan proqramda Avropa sərhəddinə yerləşdirilə biləcək nüvə silahlarının mümkün yerləri ilə bağlı diqqətçəkən görüntülər yayımlayıb.

Televiziya proqramında İsveç və Finlandiyanın NATO-ya daxil olacağı təqdirdə Rusiyanın qərb sərhədinin müxtəlif nöqtələrində taktiki nüvə silahlarını yerləşdirməsinin gözlənildiyi qeyd edilib. Rusiya dövlət televiziyasında bildirilib ki, bu iki ölkə NATO-ya daxil olarsa və öz sərhədləri daxilində hərbi baza qurarsa, Moskva taktiki nüvə silahından istifadə edə bilər.

Rusiya prezidenti Putinə yaxın bir məmur bu ölkələrin NATO-ya daxil olmasının böyük problemlərə səbəb olacağını deyib:

“İsveç və Finlandiyada NATO bazaları yaradılarsa, Rusiyanın bu balanssızlığı neytrallaşdırmaqdan və taktiki nüvə silahı ilə hədələməkdən başqa yolu qalmayacaq”.

Rusiyanın keçmiş liderlərindən biri və hazırda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini vəzifəsində çalışan Dmitri Medvedev də ötən həftələrdə oxşar bəyanatla çıxış edib. Medvedev bildirmişdi ki, NATO-nun genişlənəcəyi təqdirdə Rusiya nüvə silahı və hipersəs raketlərindən istifadə edə bilər.