Rusiya dəhşətli sanksiyalar məngənəsində: Aİ-nin 5-ci paketi kimə qarşıdır?backend

Rusiya dəhşətli sanksiyalar məngənəsində: Aİ-nin 5-ci paketi kimə qarşıdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Avropa rejiminin yeni sanksiyaları Rusiyanın iri biznesmenlərinə şamil olunacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə “The Financial Times” biznes nəşri məlumat yayıb. Bu məsələ ilə bağlı müzakirə bu gün baş tutacaq.
Bildirilir ki, sanksiyalar milyarderlər Oleq Deripaska, Boris Rotenberq, Süleyman Kərimov, Ozon bazarının baş direktoru Aleksandr Şulqini və Sberbank-ın rəhbəri German Qrefi hədələyir.
Eyni zamanda, Polşa səlahiyyətliləri hesab edir ki, Aİ-nin Ukraynanın Buça şəhərində Rusiyanın hərbi cinayətləri barədə məlumatlardan sonra hazırladığı beşinci paket zəif olub. Xarici işlər nazirinin müavini Pavel Yablonskinin sözlərinə görə, “sanksiyaların gücləndirilməsi, fikrimizcə, yetərincə deyil”.
Onun sözlərinə görə, Varşava Rusiyadan gələn bütün karbohidrogenlərə tam embarqo təklif edir.
Polşa həmçinin “Həm Rusiya Federasiyası, həm də oliqarxların aktivlərinin tam və qəti şəkildə müsadirəsi” uğrunda mübarizə aparacaq”, – diplomat əlavə edib.
Bu arada Avropa Şurasının rəhbəri Çarlz Mişel deyib ki, Aİ gec-tez Rusiyadan qaz və neft idxalına qarşı sanksiyalar tətbiq etməli olacaq.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen bu ərəfədə bildirib ki, Rusiya Federasiyasının Ukraynaya hücumu ilə əlaqədar yeni sanksiyalar paketinə Rusiya gəmilərinin Aİ-nin Avropa limanlarına girişinə və Rusiya avtomobil daşıyıcılarının Aİ-yə girişinə qadağaların daxil edilməsi təklif edilir. Bundan əlavə, Brüsseldə ildə 4 milyard avro dəyərində Rusiya kömürünün idxalına qadağa qoyulacağı gözlənilir. Rusiyanın dörd əsas bankı ilə əməliyyatların tam qadağan edilməsi də müzakirə olunur.