Rusiya bu həbslə mesaj verdi: “Xalq heç kəsdir, boş kağız parçasıdır” (ŞƏRH)backend

Rusiya bu həbslə mesaj verdi: “Xalq heç kəsdir, boş kağız parçasıdır” (ŞƏRH)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Navalnı bir müddətdən sonra müəyyən şərtlər altında buraxılacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiyanın müxalifət lideri Aleksey Navalnının həbsindən danışarkən deyib. Onun fikrincə, dövlət öz qüdrətini əhaliyə nümayiş etdirir:

“Rusiya bu həbslə xalqa mesaj verdi. Xalq heç kəsdir, boş kağız parçasıdır, biz Rusiyanın ağasıyıq. Rusiyanın bütün güc strukturları əlimizdədir, siz isə heç kimsiniz, səsinizi çıxarmayın. İstədiyimiz kimi Rusiyanı qarət edəcəyik. Yəni, Putin rejiminin rus xalqına verdiyi ismarıc bundan ibarətdir. Əgər bu ismarıcı anlamasalar, yenə Rusiyada həbslər olacaq və onların hər birinə saxta ittihamlar irəli sürüləcək. Yəni, rus əhalisinin etiraz mitinqlərinə qalxması onların öz konstitusyon hüquqlarından istifadəyə cəhddir. Məqsəd nədir? Hakim zümrənin ağalığını sübut etmək, vəssalam”.
Qeyd edək ki, Moskva Şəhər Məhkəməsi Rusiyanın müxalifət lideri Aleksey Navalnının şərti cəzasının həqiqi cəza ilə əvəz olunması ilə əlaqədar qərar verib. Məhkəmənin qərarı ilə ona  3,5 illik real həbs cəzası verilib.