RUSİYA BOMBARDMAN EDİR, BƏS, İSTƏYİNƏ NİYƏ ÇATMIR? – ƏMƏLİYYATLAR HAQDA MARAQLI ŞƏRHbackend

RUSİYA BOMBARDMAN EDİR, BƏS, İSTƏYİNƏ NİYƏ ÇATMIR? – ƏMƏLİYYATLAR HAQDA MARAQLI ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya son sutka ərzində 5 təyyarə və 4 helikopter itirib. Bu, onun göstəricisidir ki, əvvəla, Ukrayna HHM sistemi işləyir və Rusiyanın xüsusən müharibənin ilk saatlarında qanadlı raketlərlə həyata keçirdiyi şiddətli bombardman öz məqsədinə çatmayıb”. TİA.AZ xəbər verir ki, siyasi şərhçi Şahin Cəfərli bu qənaətdədir. Onun dediyinə görə,.
Ukrayna aviasiyası da hələ məhv olmayıb.

“İkincisi, Ukraynaya NATO ölkələrindən külli miqdarda “Stinger” , “Piroun” kimi yüngül, daşınan zenit-raket sistemləri daxil olmaqdadır və artıq bütün hərbi birləşmələrdə, o cümlədən ərazi müdafiə qüvvələrində (teroborona) bu silahlardan var. Üçüncüsü, yerdə problemlə üzləşən Rusiya qüvvələri aviasiya dəstəyinə daha çox ehtiyac duymağa başlayıblar. Komandanlıq aviasiyadan əvvəlki günlərə nisbətən son günlər daha intensiv istifadə etməyə başlayıb.

Dördüncüsü, hərbi təyyarələr bəzən hava şəraitinə, bəzən hədəflərə daha dəqiq zərbə endirmək ehtiyacına görə (Rusiyanın ağıllı bomba ehtiyatı çox məhduddur) alçaq uçuşa keçməyə məcbur olur və bu zaman çiyindən atılan raket sistemlərinin atəş mənzilinə (3500-4000 metr) girirlər”, -deyə Ş. Cəfərli bildirib.
Təhlilçi hesab edir ki, Rusiyanın Ukrayna əməliyyatı üçün ayırdığı “Kalibr” qanadlı raketlərinin böyük əksəriyyətini indiyədək istifadə etdiyi bildirilir.