Tribuna İnformasiya Agentliyi

Rusiya bizə hücum edəndə ABŞ donanması harda idi? – Kiyev

13 Aprel

Rusiyanın genişmiqyaslı hücumu zamanı Qərb Ukraynaya kömək etməyəcək.

Axar.az xəbər verir ki, bunu Kiyev Təhlükəsizlik Forumunda çıxışı zamanı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksandr Turçinov deyib.

“Suriyada Rusiyanın 3500 nəfərlik hərbi kontingenti var. Bizim strateji tərəfdaşımız olan və Budapeşt memorandumuna görə sərhədlərimizin toxunulmazlığının zəmanətçisi olan ABŞ, Britaniya donanmasını Suriyaya göndərir. Bu donanmalar 2014-ün fevralında – Krıma qarşı aqressiya yarananda ortada yox idi. İndi soruşmaq istəyirəm ki, Rusiya sərhədlərimizə ordu yerləşdirəndə bu donanma Qara dənizdə peyda olacaqmı? Qərbdəki tərəfdaşlarımız Ukraynaya bu məsələdə Rusiyaya cavab verməyə imkan yaratmayacaqlar. Biz öz gücümüzə etibar etməliyik. Biz 4 ildir Rusiyanın terrorçu dövlət olduğunu deyirik, amma tərəfdaşlarımızı bunu aqressiya evlərinə gələndə – Britaniyada kimyəvi hücum olanda anlayırlar”, – deyə o bildirib.