Rusiya “Bayraqdar” üçün casus göndərib?backend

Rusiya “Bayraqdar” üçün casus göndərib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bayraqdar”ın İstanbuldakı istehsal müəssisəsinin yaxınlığında 2 rus jurnalistin çəkiliş apararkən saxlanılması ağıllara sənaye casusluğu ehtimalını gətirib.
Axar.az xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.
Bildirilir ki, məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin açıqlaması ürəkaçan olmayıb:
“Nazirlik Türkiyəyə gələn jurnalistlərin işləmək üçün icazə arayışlarının olmamasına aydınlıq gətirməyib. Sadəcə olaraq Türkiyədən əməkdaşlıq və kömək gözlədiklərini açıqlayıblar. “Rusiyanın Türkiyədəki Səfirliyi ilə İstanbuldakı Baş konsulluğu birgə olaraq Türkiyə hökuməti ilə təmasa keçib” açıqlaması ilə kifayətləniblər”.
Qeyd edək ki, 4 dekabrda Rusiyanın NTV telekanalının jurnalistləri Aleksey Petruşko və İvan Malışkin İstanbul yaxınlığında polis tərəfindən saxlanılıb.
Jurnalistlər İstanbulda rayonlardan birində “Baykar Savunma” döyüş PUA-larını videolentə alırmış.