Tribuna İnformasiya Agentliyi

Rusiya Azərbaycanla neft danışıqları aparır

02 Dekabr

Rusiya OPEC-ə üzv ölkələrlə yanaşı quruma üzv olmayan ölkələrlə də neft hasilatının azaldılması üzrə danışıqlar aparır.  Rusiya OPEC-ə üzv ölkələrlə yanaşı quruma üzv olmayan ölkələrlə də neft hasilatının azaldılması üzrə danışıqlar aparır. 

TİA.AZ “İzvestiy” nəşrinə istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

Nazir hazırda Azərbaycan, Qazaxıstan, Meksika, Oman və Bəhreynlə danışıqların aparıldığını bildirib.

Novakın sözlərinə görə, Rusiya OPEC-in dekabrın 9-a planlaşdırılan görüşünə qədər neft hasilatının azaldılması üzrə qrafik hazırlayacaq: “Əgər razılıqlar həyata keçirilsə və əlavə tədbirlərin görünməsinə ehtiyac yaransa, şübhəsiz biz orada iştirak edəcəyik”.

Qeyd edək ki, noyabrın 30-da Vyanada keçirilən OPEC-in sammitində təşkilata daxil olan ölkələr ümumi neft hasilatının azaldılması barədə qərar qəbul edib. Məlumata əsasən OPEC ölkələri hasilatı sutkalıq 1,2 milyon barel azaldacaq. Bununla da sutkalıq neft hasilatı 32,5 milyon barelə qədər enəcək.