Rusiya Azərbaycana minatəmizləyən heyət göndərib – VİDEObackend

Rusiya Azərbaycana minatəmizləyən heyət göndərib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri Ağdamın minalardan təmizlənməsini həyata keçirəcək.

TİA.AZ-ın TASS-a istinadən xəbərinə görə, xilasedicilərlə birlikdə Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Dağlıq Qarabağdakı ərazilərin minalardan təmizlənməsini yerinə yetirmək üçün Azərbaycan Respublikasına uçub: “Humanitar missiya çərçivəsində Ağdam bölgəsində pirotexniklər işləyəcək”.

Qrupa Rusiya Fövqəladə Hallar Nazirliyinin Lider Mərkəzi və Noginsk Xilasetmə Mərkəzinin 20 pirotexniki daxildir. Onlarla birlikdə robotlarla işləyən 3 kompleks də göndərilib.