RUSİYA – AZƏRBAYCAN – TÜRKİYƏ YAXINLAŞMASI XANKƏNDİ SEPARATÇILARINI BİTİRİR – ŞƏRHbackend

RUSİYA – AZƏRBAYCAN – TÜRKİYƏ YAXINLAŞMASI XANKƏNDİ SEPARATÇILARINI BİTİRİR – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fikrimcə, erməni revanşistlərin müəyyən bir təxribat cəhdləri ola bilər, amma nələrəsə nail olacaqları inandırıcı deyil”.
Bunu TİA.Az– a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, son baş verən proseslər və ən əsası Laçın şəhərinin azad olunması erməni revanşistləri qıcıqlandırsa da onlar həqiqəti anlayır:
“Xüsusən də “Qisas” əməliyyatından sonra həm Ermənistandakı revanşistlər, həm Qarabağda olan separatçılar yeni reallıqla barışır.

Çünki artıq onlar anlayıb ki, Rusiya sülhməramlıları da onları bir yerə qədər qoruya bilər, sona qədər qoruya bilməyəcək. Həmçinin dəyişən geosiyasi şərtlərdə Rusiyanın son zamanlar Azərbaycan və Türkiyə ilə daha da yaxınlaşmaq istəyi var.
Təbii ki, dəyişən geosiyasi vəziyyət Qarabağdakı vəziyyətə təsir edir. Hazırda rəsmi Bakı bu vəziyyətdən düzgün istifadə edir. Hesab edirəm ki, Laçının azad edilməsi, Bakının burada əsas istəyinin yerinə yetirilməsi digər tələblərin də icrasını daha da aktualaşdıracaq”.

Aytac

TİA. The