Rusiya aviaşirkətləri yeni təyyarələrdən məhrum ola bilər (SƏBƏB)backend

Rusiya aviaşirkətləri yeni təyyarələrdən məhrum ola bilər (SƏBƏB)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya aviaşirkətləri Nəqliyyat Nazirliyindən xarici ölkələrin reyestrlərində təyyarə qeydiyyatına qoyulan qadağanın təxirə salınmasını xahiş edib. Mütəxəssislər bunun Rusiya Federasiyasında hava nəqliyyatının keyfiyyətinə mənfi təsir göstərə biləcəyini düşünürlər. Hava daşıyıcıları artıq xaricilərdən yeni təyyarələr icarəyə götürə bilməyəcəklər.
TİA.AZ xəbər verir ki, məsələni “İzvestiya”ya “Smartavia”nın baş direktoru Sergey Savostin şərh edib.
“Bu cür qərarların ehtimal olunan nəticələrini xarici kirayəçilərlə yeni müqavilələr imzalamağın və hava yolları parkını xarici istehsallı təyyarələrlə genişləndirməyin mümkünsüzlüyündə görürük”, – o deyib və təyyarələri əsasən Bermudada qeydə alan kirayəçilərin qeydiyyatın Rusiyaya köçürülməsi imkanlarını təmin etmədiklərinə aydınlıq gətirib.
Federal Hava Nəqliyyat Agentliyindən qadağanın tətbiqini 2023-cü ildən sonrakı bir tarixə təxirə salması istənilir. Rusiya aviaşirkətlərinin 740 sərnişin təyyarəsi xarici reyestrlərdə qeydiyyata alınıb. Lizinq bazarı iştirakçıları bu dəyişikliyin hava səyahətinin keyfiyyətinin azalmasına səbəb olacağını deyirlər: “Rus daşıyıcıları yalnız ikinci dərəcəli bazardakı təyyarələrdən istifadə edəcəklər, çünki bu, çox ucuzdur. Parkda köhnəlmə baş verəcək”.