Tribuna İnformasiya Agentliyi

Rusiya: analar yürüş etdi, məhbus qızlar azad olundu

17 Avqust

Moskvada 3 gün öncə 18 və 19 yaşlı Anna Pavlikova və Mariya Dubovik adlı iki gənc qızın azad olunması üçün “Analar marşı” keçirilib (Qızlar artıq azad olunub).

Əvvəlki aksiyalardan fərqli olaraq polis bu yürüşə əngəl törətməyib.

Rusiya mətbuatının yazdığına görə, hər halda qızların həbsi və onlarla bağlı qaldırılan cinayət işi sovet tarixinin ən qaranlıq dövrlərini xatıladıb və Rusiyanın onsuz da bərbad imicinə ikiqat zərbə edirib.

Qeyd olunur ki, 2018-ci ilin martında səkkiz oğlan və iki qız “Yeni böyüklük” ekstremist cərəyanın yaradılmasında ittiham edilərək tutulublar. Onlardan biri, baytarlıq klinikasının əməkdaşı Anna Pavlikovanın heç 18 yaşı olmayıbmış. İstintaq həmin gənclərin sosial şəbəkələrdəki söhbətlərinin incələnməsindən sonra onların Rusiyanın konstitusiya quruluşunu dəyişdirmək (!) niyyətində olduqları qənaətinə gəlib.

Məlum olub ki, həmin gənclərdən biri əslində xüsusi xidmət orqanlarının öz adamı imiş və onların söhbətlərini təhlükəsizlik xidmətinə skrinşot etməklə və surətlərini çıxarmaqla o çatdırıb.

Картинки по запросу анна павликова мария дубовик

Gazeta.ru Rusiya cəmiyyətinin müxtəlif sahələrində fəaliyyət göstərən insanlara qarşı qaldırılan cinayət işlərinin artıq insanlarda qəzəb doğurmağa başladığını qeyd edir.

Görünür, bütün bunlar etiraz elektoratının müəyyən hissələrini hərəkətə keçirib.

Avqustun 9-da məhkəmənin Pavlikova və Dubovikin istintaq təcridxanasında saxlanılması haqqında qərarı ictimaiyyətin əsəblərini tarıma çəkib. 3 gün sonra aktrisa Yana Troyanova, jurnalistlər Tatyana Lazareva və Anna Kaçurovskaya, ədəbiyyat tənqidçisi Anna Narinskaya, “Corpus” nəşriyyatının rəhbəri Varvara Qornostayeva avqustun 15-də paytaxtın mərkəzində “Anaların marşı”nı keçirməyə qərar veriblər. Yüzlərlə gənc və yaşlı qadın əllərində uşaq oyuncuqları ilə Moskvanın küçələri ilə səssiz hərəkət ediblər.

“Gənclik ölkənin gələcəyidir. Onlar rəislərə deyil, qanuna tabe olmalıdırlar. Vətəndaşlıq mövqeyinin hakimiyyətin mövqeyi ilə üst-üstə düşməməsi konstitusiyaya zidd deyil. Bu cür şübhəli cinayət işləri daha çox gənci ölkəni tərk etməyə vadar edir. Rusiyada isə vətənlərini atıb getmək istəyən gənclərin sayı gündən-günə artır”, – saytda qeyd olunub.

İyun ayında keçirilən son rəy sorğularında 18-24 yaşlı rusiyalıların 31%-nin başqa ölkəyə getmək və burada daimi olaraq qalmaq arzusunu dilə gətirir. Bu son 5 ildə ən yüksək nəticə sayılır. Məsələn, 2014-2017-ci illərdə bu rəqəm 21-26% arasında dəyişirdi.

Rusiya mətbuatı indi başqa bir trendin-şantaj və işverənlərin artdığını qeyd eidr. Xüsusilə sosial şəbəkərlədə bir qup adam gənclərin yazdıqları və hətta nə vaxtsa bəyəndikləri başqa statusları “skrin” edib onları sahiblərinə yollayaraq şantajla məşğul olur və pul tələb edirlər.

Bu cür fırıldaqçılar və şantajçılar Rusiyada, post, repost və layklara görə cinayət təqibi praktikasını doğurub.