“Rusiya Amerikanın maraqlarına təhlükədir” – ABŞ Dövlət katibibackend

“Rusiya Amerikanın maraqlarına təhlükədir” – ABŞ Dövlət katibi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Entoni Blinken hesab edir ki, Rusiya Amerikanın və Avropanın hər yerində Vaşinqtonun müttəfiqlərinin maraqlarına təhlükədir.

Belə bəyanatla ABŞ xarici siyasət idarəsinin rəhbəri martın 10-da Konqresin Xarici işlər üzrə Nümayəndələr Palatasındakı dinləmələrdə çıxış edib.

«Siz, Rusiyanı ABŞ və bizim müttəfiqlərimiz üçün təhlükə hesab edirsinizmi – həm də təkcə Şərqi Avropada yox, bütün Avropada?» – konqresmen Oqest Flyüqer (Texasdan olan respublikaçı) Blinkendən soruşub.

«Bəli» – Blinken cavab verib.

Ardınca, Flyüqer Blinkeni Vaşinqtonun birtərəfli qaydada sanksiya tətbiq etdiyi

«Şimal axını-2» layihəsinin iştirakçılarının siyahısını genişləndirməyə çağırıb.

“Biz, artıq fəaliyyətə olan bir açar şəxsə qarşı sanksya tətbiq etmişik. Və biz çox fəal şəkildə bu layihəni dəstəkləyən istənilən şəxsə qarşı əlavə sanksiyalar;n tətbiqi məsələsinə baxırıq» – deyə, Dövlət katibi bildirib.

Xatırladaq ki, Vaşinqton açıq şəkildə «Şimal axını-2» boru kəmərinin tikintisinə qarşı çıxış edir və layihənin bloklanması istiqamətində fəal səylər göstərir.

Bundan başqa, bir çox ekspertlər bildirirlər ki, ABŞ beləliklə Avropa bazarına özünün sıxılmış təbii qazını (Rusiyanın boru qazından xeyli baha) çıxarmağa çalışır.

“AzPolitika.info”