Rusiya ağır sanksiyalar altında ayaqda qalmağı necə bacarırbackend

Rusiya ağır sanksiyalar altında ayaqda qalmağı necə bacarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Müstəqil İnstitutunun analitik mərkəzinin eksperti Alvaro Varqas Llosa bildirib ki, Rusiyaya qarşı sanksiyalar Qərbin özünə daha çox ziyan vurur. Rusiya iqtisadiyyatının göstəriciləri isə, bu sanksiyalar qarşısında qənaətbəxşdir.

Bizimyol.info xəbər verir ki, bu barədə “The National Interest” yazır. Varqas qeyd edib ki, Qərb dövlətlərinin liderləri daim tarixin ən sərt iqtisadi məhdudiyyətlərinin Moskvaya ziyan vuracağını, Rusiya hərbi maşınının resurslarını tükənəcəyini deyirdilər. Amma bu baş vermədi.

O, bildirib ki, 2022-ci ilin ikinci rübündə Mərkəzi Bankın məlumatına görə, Rusiyanın tədiyyə balansının cari əməliyyatlar hesabı profisitinin rekord həddə – 70,1 milyard dollara yüksəlib.

“Rubl həm də 2022-ci ildə reytinqlərdə ən güclü şəkildə möhkəmlənən valyutanın yerini tutaraq heyrətamiz dayanıqlılıq nümayiş etdirib”,- deyə o əavə edib.

Onun sözlərinə görə, bu, digər məsələlərlə yanaşı, əmtəə qiymətlərinin yüksək olması və Rusiyanın müxtəlif ölkələrə neft, qaz, taxıl və qızıl ixrac etmək imkanlarına malik olması ilə bağlıdır.

“Rusiyaya qarşı sanksiyalar tətbiq edən dövlətlərin iqtisadi mənzərəsi isə o qədər də ürəkaçan deyil”,-deyə o vurğulayıb. Avropa enerji ehtiyaclarını ödəyə bilmir və inflyasiya ilə üzləşir.

Xatırladaq ki, bir müddət əvvəl Bundestaqın keçmiş deputatı, Avropa Parlamentinin Almaniyadan olan keçmiş üzvü Fabio de Masi Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyat fonunda ona qarşı tətbiq edilən sanksiyaların təhlükələri barədə danışıb. O qeyd edib ki, “Almaniya titrəyir, tezliklə dona bilərik”.

Amma bir çox ekspertlər hesab edirlər ki, Rusiya sanksiyalardan ağır zərbə alıb. Neft və qaz satışından çox pul əldə edən Rusiya idxal-ixrac qadağaları üzündən pul xərcləyə bilmir. Rublun möhkəmlənməsi də bununla bağlıdır. Amma saksiyalar üzündən Rusiyada yüz minlərlə iş yeri bağlanıb. Rublun ucuz olması və tədiyə balansının profisiti bu problemləri aradan qaldıra bilmir. Əhalinin sosial vəziyyəti kəskin pisləşsə də, etiraz etməyə heç kim cəsarət eləmir.