Rusiya ABŞ-da prezident seçkisinə müdaxilə edib: 57 sənəd dərc edildibackend

Rusiya ABŞ-da prezident seçkisinə müdaxilə edib: 57 sənəd dərc edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Mayın 7-də ABŞ Konqresi Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Xüsusi Komitəsinin saytında Rusiyanın 2016-cı ildə ABŞ seçki kampaniyasına müdaxiləsi barədə şahid ifadələrini özündə əks etdirən 57 stenoqram və köməkçi sənəd yerləşdirilib.
Tia.az xəbər verir ki, bundan əvvəl, Ağ Ev məxfi məlumatların olub-olmadığı dəqiqləşdirildiyi üçün dərc edilməzdən əvvəl bu materialların əlavə yoxlanılmasına ehtiyac olduğunu bildirsə də, sonradan rəsmilər bundan imtina etmişdi. Mövqe dəyişikliyinin konkret səbəbləri barədə məlumat verilmir.
“Politico”ya görə, Respublika Partiyası üzvlərinin sənədlərin dərc olunması üçün xüsusi komitənin rəhbəri Adam Şiffə müraciətindən sonra qərar verilib.