Tribuna İnformasiya Agentliyi

Rusiya: 1 milyon kvadrat kilometr yararlı torpaq əkilmir

28 Noyabr

Rusiyada federal mülkiyyətdə olan torpaqların 65%-i istifadəsiz qalıb. Novator.az bildirir ki, Hesablama Palatasının sədri Aleksey Kudrin belə açıqlama verib.

Kudrinin sözlərinə görə, Rusiyada şəxsi istifadədə olan torpaq sahələri ümumi torpaqların yalnız 8%-ni təşkil edir, torpaqların 35%-nin isə bölgüsü aparılmayıb.

Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının 2017-ci ilin dekabrına aid hesabatına əsasən, ölkədə əkin üçün yararlı olan 100 milyon hektar (1 milyon kvadrat kilometr) torpaq istifadəsizdir. Akademiyanın açıqlamasında müqayisə üçün 1990-cı ildə ölkədə istifadəsiz torpaqların 8,3 milyon hektar olduğu vurğulanır.