Rus xalq artisti içib pəncərədən yıxıldı, başqa dövlətin ərazisinə düşdü – Kuryozbackend

Rus xalq artisti içib pəncərədən yıxıldı, başqa dövlətin ərazisinə düşdü – Kuryoz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
71 yaşlı sovet və rus müğənnisi, “Rus mahnısı” vokal ansamblının yaradıcısı, RSFSR-in xalq artisti Nadejda Babkina Yeni il gecəsi Vyetnama səfəri zamanı başına gələn biabırçılıqdan danışıb.
Qaynarinfo xəbər verir ki, onun dediyinə görə, bu hadisə o və digər sənətçilər komsomol xətti ilə festivala göndərilərkən baş verib və o, Yeni ili həmkarları ilə Vyetnamdakı otel otağında qeyd etməli olub.
Müğənninin “7 gün” nəşrinə verdiyi müsahibədə dediyinə görə, o zaman dəhşətli isti olub və onların toplaşdıqları otaqda pəncərələr taybatay açıq olub, pəncərələrdən lianalarla dolanmış tropik ağaclar görünürmüş.
“Sonra bizdə macəra yanğısı oyandı. Tarzan haqqında məşhur filmdəki kimi linalarda yellənmək və onların möhkəmliyini sınamaq qərarına gəldik”, – müğənni xatırlayır.
Bundan sonra Nadejda Babkina həmkarları ilə birlikdə pəncərədən başlarını bayıra çıxararaq lianlardan yapışıb, elə həmin an da yerə yıxılıb. Sovet sənətkarları xəsarət almayıb. Amma kuryoz orası olub ki, otel Laosla sərhəd xəttini düz üstündə imiş. Və elə olub ki, Babkina, həmçinin “Ariel”in barabançısı Boris Kaplun başqa dövlətin ərazisinə düşüb.
Babkina əlavə edib ki, həmin an qorxmayıblar, düşdükləri gülünc vəziyyətə gülüblər. Lakin onlar tikanlı məftillərdən çəkilmiş sərhəd xəttinin üstündən uçduqlarından otaqlarına rahat qayıda bilməyiblər. Otaqda qalan həmkarları mələfələri bir-birinə düyünləyib, yerə atıb və beləliklə, onları geri çəkiblər.
Sonra qrupun rəhbəri musiqiçilərin yanına gəlib və vəziyyətin nə qədər ciddi ola biləcəyini izah edib, çünki sovet sənətçiləri iki dövlətin sərhədini faktiki olaraq sənədsiz keçdilər.