Tribuna İnformasiya Agentliyi

RUS TURİSTLƏRƏ MARAQLI XƏBƏRDARLIQ!

24 Mart

Rusiya dövləti, xaricə istirahətə gedəcək olan Rusiyalı turistlərə “necə davranmaları lazım olduğu” mövzusunda tövsiyələr verdi.  

Rusiya dövləti, xaricə istirahətə gedəcək olan Rusiyalı turistlərə “necə davranmaları lazım olduğu” mövzusunda tövsiyələr verdi.

TİA.AZ Türkiyənin “TÜRKRUS” nəşrinə istinadən bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin internet saytında, xaricə gedəcək Rusiya vətəndaşlarına bunlar tövsiyə edilib:


– Müsəlman ölkələrində ev sahibinin ailələrinin qadın üzvləri ilə tanış olmağa çalışmayın.Söhbət etdiyiniz adamın həyat yoldaşı haqqında sual belə verməyin.

– Türkiyədə işarət və orta barmağın “V” şəklində hava qaldırılması quruculuq qələbə işarəsi, Kürd hərəkatının tərəfdarları tərəfindən istifadə edilir. Millətçi və Kürd əleyhinə təbəqələr tərəfindən bu hərəkət əsassız reaksiyalarla qarşılana bilər. 

Rusiyada arqoda məna gücləndirmək, ya da güc nümayiş keçirmək üçün istifadə edilən işarə, Türkiyədə millətçilərin törətdiyi “kurd” işarəsi mənasına gəlir; Bundan da çəkinməlidir.

-Şimali Koreya liderinin portretlərinin fotoşəkilləri kadrı tamamilə dolduracaq şəkildə çəkin.

– Finlandiyalılara qətiyyən “Çukna” şəklində xitab etməyin.

– Zəncilərə dünyanın heç bir yerində “niqer” deməyin.

– Yerli xalqın olduğu şəraitdə yerli yeməklərlə bağlı mənfi sözlər deməyin.

– Buddist ölkələrdə sevginizi ifadə etmək üçün yerli xalqın insanlarının başına təmas etməyin. Birinin başına toxunmaq burda pis qarşılanır”.

İlahə