“Rus silahları “Bayraktar”ın qarşısında acizdir” – ABŞ-ın nüfuzlu nəşri Qarabağdan yazdıbackend

“Rus silahları “Bayraktar”ın qarşısında acizdir” – ABŞ-ın nüfuzlu nəşri Qarabağdan yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistanın 44 günlük Qarabağ savaşında istifadə etdiyi Rusiyaya məxsus hava hücumundan müdafiə sistemləri köhnə və etibarsız olub.
TİA.AZ xəbər verir ki, bu barədə ABŞ-ın “Popular Mechanics” jurnalı yazıb.
Nəşr qeyd edir ki, Rusiya silahları Azərbaycanın sahib olduğu Türkiyə (“Bayraktar TB2”) və İsrailin (“Harop”) pilotsuz uçan təyyarələrinin (PUA) qarşısında aciz qalıb.
Jurnal yazır ki, Ermənistan Bayraktar TB2-nin qarşısını radioelektron mübarizə vasitələri ilə ala bilərdi. Lakin rəsmi İrəvan bu texnikaya malik deyil.
“Popular Mechanics” etiraf edir ki, PUA-lardan istifadə müasir müharibədə inqilabdır:
“Əgər ABŞ və ya NATO nə vaxtsa Rusiya, Çin və ya İranla müharibəyə cəlb olunarsa, onlar da oxşar imkanlarla üzləşəcəklər”.
Məlumat üçün deyək ki, oktyabr ayında Ukrayna Silahlı Qüvvələri  Donbasda hərbi əməliyyatlarda ilk dəfə Türkiyənin Bayraktar TB2-lərindən istifadə edib.
2020-ci ilin noyabrında Strategiyaların və Texnologiyaların Təhlili Mərkəzinin (CAST) direktor müavini vəzifəsini tutan Konstantin Makienko hesab edir ki, Ukrayna Silahlı Qüvvələri Rusiyada olmayan silahlara, xüsusilə üçüncü nəsil tank əleyhinə raket sistemlərinə və PUA-lara malikdir.
Yeri gəlmişkən, Makienko Qarabağ savaşını şərh edərkən Rusiyanın uduzan tərəf olduğunu bildirmişdi.