RUS SEKTORLARINDA AZƏRBAYCAN DİLİNƏ HÖRMƏTSİZLİK: ƏMİRULLAYEV NƏYİ DƏYİŞMƏLİDİR? – RƏYbackend

RUS SEKTORLARINDA AZƏRBAYCAN DİLİNƏ HÖRMƏTSİZLİK: ƏMİRULLAYEV NƏYİ DƏYİŞMƏLİDİR? – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rus bölmələrində Azərbaycan dili dərslərinin azlığı uzun illərin problemidir”

Bunu TİA. Az-a dosent Şəmil Sadiq deyib. Onun sözlərinə görə, saatın azlığı fənni tədris edən müəllimlərin proqramı çatdıra bilməməsinə səbəb olur:
“Azərbaycan dili digər bölmələrdə həftədə iki saat tədris edilir. Dövlət dili olaraq bir fənnin iki yaxud üç saat olması ürəkaçan deyil. Düşünün ki, ikinci xarici dilin saatı aşağı siniflərdə bir saat, yuxarı siniflərdə isə iki saata çevrilir. Birinci xarici dil yox ha, ikinci xarici dil.

Deməli, ikinci xarici dilin saatı ilə Azərbaycan dövlət dilinin saatı eynidir və bu, ümumiyyətlə, absurddur. Mən bunu bir müəllim, bir vətəndaş olaraq qəbul etmirəm. Problemin çıxış yolları var. Düşünürdüm ki, bu ilin tədris planı təsdiq olunanda məsələyə baxılacaq, bildiyiniz kimi bu yaxınlarda tədris planı təsdiq olundu. Təəssüflər olsun ki, bu məqam orda öz əksini tapmadı, sadəcə bir saat məşğələlərin hesabına dərs saatı artırıldı. Üstəgəl dərsliklər ürəkaçan deyil. Ümumiyyətlə, Azərbaycan dili rus bölmələrində hörmətsiz bir fənn olaraq keçilir. Dil təfəkkür, dil mədəniyyət daşıyıcısı, dil tarixdir deyiriksə, öz dilini bilməyən bir uşağın milli kimliyini bilməməsi kimi bir problem ortalığa çıxır. Düşünürəm ki, bu məsələyə tədris planında ciddi yanaşılmalıdır”.

Aytac

TİA. Az