RUS ORDUSU ZƏNGİLANDAKI SƏRHƏDDİMİZDƏN GERİ ÇƏKİLDİbackend

RUS ORDUSU ZƏNGİLANDAKI SƏRHƏDDİMİZDƏN GERİ ÇƏKİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, Azərbaycan Ordusu Zəngilanın Ermənistanla sərhəddə yerləşən kəndlərini işğaldan azad etdikdən sonra bölgədə olan rus hərbçiləri ilə qarşılaşmalı olublar. TİA.AZ rus mətbuatnına istinadən xəbər verir ki, Azərbaycan-Ermənistan sərhəddində cəmləşmiş rus hərbçiləri arada qarşıdurma yaranmaması üçün Azərbaycan tərəfi ilə danışıqlar aparıblar.
Rusiya mediasının iddiasına görə, aparılan danışıqlarda bir-birlərinin mövqeyinə hücum etməmək barədə razılaşma əldə olunub. “Rus hərbçiləri Ermənistan sərhəddini qoruduqlarını, həmin səbəbdən də bölgədə olduqlarını, Azərbaycan Ordusu ilə hər hansı bir konfliktə girmək niyyətlərinin olmadığını bildiriblər. Azərbaycan tərəfi ilə aparılan danışıqlar zamanı qeyd olunan məsələlərlə bağlı razılaşma əldə olunub”.
Lakin bu gün səhər saatlarından etibarən Azərbaycan-Ermənistan sərhəddində qərarlaşmış rus hərbçilərinin geri çəkildiyi və ərazini tərk etdiyi məlum olub. JAMAZ.İNFO xəbər verir ki, səhər saatlarından başlayaraq, Rusiyanın Gümrüdəki hərbi bazasının hərbi heyəti, habelə texnikası Zəngilan istiqamətindəki sərhədlərimizdən Ermənistanın içərilərinə doğru yerdəyişmə edib. Bu yerdəyişmənin və geri çəkilmənin konkret səbəbləri məlum deyil.