“Rus ordusu Kiyevi mühasirəyə ala bilməyəcək” – “Mariupolun mühasirəsi çox güclüdür”backend

“Rus ordusu Kiyevi mühasirəyə ala bilməyəcək” – “Mariupolun mühasirəsi çox güclüdür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu (Institute for the Study of War, ISW) Rusiyanın Ukraynaya qarşı müharibəsinin monitorinqini aparır. İnstitut müharibə tərəflərinin bəyanatları, dəlillər, sosial şəbəkələrdə yayılan məlumatlar əsasında mövcud vəziyyətin təhlilini dərc edir.

Azadlıq radiosunun məlumatına görə, qurum martın 15-də yaydığı təhlildə bildirir ki, Rusiya qüvvələrinin yaxın həftələrdə Kiyevi mühasirəyə alacağı real görünmür. Bundan ötrü dağınıq deyil, daha iri hücum əməliyyatları həyata keçirilməlidir. İndilik, əlavə taktiki hücumlar gerçəkləşdirilə bilər. Son sutkalar Kiyevə şimal-şərqdən iri hücum əməliyyatları baş verməyib.

Amma Rusiyanın Mariupol şəhərini tutacağı istisna edilmir. İnstitut Rusiya qüvvələrinin Mariupolu tam mühasirəyə aldığını, hər gün şəhərə qərbdən və şərqdən hücumlar etdiyini bildirir. Mühasirə o qədər güclüdür ki, şəhəri müdafiə edənlərin onu yarması, yaxud Ukraynanın köməyə çatması real görünmür. “Ukraynalıların güclü müdafiə olunmağına baxmayaraq, Rusiya qüvvələri çox güman Mariupolu tuta, yaxud təslim olmağa vadar edə biləcəklər”, – institut bildirir.

Təhlildə deyilir ki, Xarkovu mühasirəyə almağa çalışan Rusiya qüvvələri əsasən sursat qıtlığı ilə üzləşirlər. “Martın 15-də Xerson vilayətinin tam tutulması barədə məlumatlar yalandır, Zaporojye, yaxud Nikolayevə də hər hansı böyük hücum olmayıb”, – qurum qeyd edir.