Rus ordusu Ermənistan sərhəddinə yerləşdirildi: Azərbaycan tərəfi ilə danışıqlar gedirbackend

Rus ordusu Ermənistan sərhəddinə yerləşdirildi: Azərbaycan tərəfi ilə danışıqlar gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının bir qrup hərbçisi bu gün səhər saatlarından etibarən Laçın rayonunun Kut (Zərkənd) kəndində yerləşdirilib. Tia.az xəbər verir ki, bu barədə həmin kənddə məskunlaşmış erməni icmasının rəhbəri Sima Çitçiyan məlumat verib.

Onun sözlərinə görə, həmin hərbi kontingent böyük ehtimalla sülhməramlılardırlar. “Təxminən iki saat əvvəl üzərində Rusiya bayraqları olan maşınlarla kəndə gəldilər. Dərhla döyüş mövqelərinə qalxdılar. Bizimlə danışmadılar, lakin sonradan kənd camaatına bildirdilər ki, onlar sülhməramlılardır. Onları Vardenis rayonunun rəhbərləri əllərində xəritə müşayət edirdilər”.

Çitçiyan bildirib ki, hazırda Ermənistan-Azərbaycan sərhəddində danışıqlar gedir.