RUS NEFTİNƏ ÖLÜMCÜL ZƏRBƏ, PUTİN DAHA DA DİŞ QICAYACAQ – EKSPERTbackend

RUS NEFTİNƏ ÖLÜMCÜL ZƏRBƏ, PUTİN DAHA DA DİŞ QICAYACAQ – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın neft məhsullarının tankerlərlə daşınmasına embarqo qoyulması ölkə iqtisadiyyatına olduqca sarsıdıcı zərbə olacaq. Bu sanksiyalarla ilin sonuna qədər rus neftindən 90 faiz imtina olunacaq. Nəticədə Rusiyanın daxilində ağır bir dövr başlanacaq.
Amma Avropa İttifaqının bu qərarı Putinin hikkəsini artıracaq, rus ordusunun Ukrayna ərazisində daha da diş qıcamasına səbəb olacaq. Beləcə qarşıdakı günlərdə Putin əməliyyatları genişləndirəcək”.
Bu fikirləri TİA.Az-a siyasi ekspert Ramiyə Məmmədova deyib. Onun fikrincə, Aİ-nin neft embarqosu heç də Rusiyanın tam çöküşünə gətirib çıxarmayacaq: “Çünki qaz embarqosu heç müzakirə olunmayıb. Digər tərəfdən, rus nefti boru vasitəsi ilə daşınacaq. Yəni Macarıstan, Çexiya kimi ölkələrə boru ilə neft çatdırılacaq.
Rusiya isə qalan nefti daha ucuz qiymətə Asiya bazarlarına çıxaracaq. Əlbəttə, böyük itkidir, amma son deyil. Bununla belə anti-Putin koalisiyası Rusiyanı 90-cı illərə qaytarmağı qarşısına məqsəd qoyub”.

TİA.Az