Rus iş adamı Putinin başına mükafat qoydu – Ölü və ya diri onu tutan hər kəsə 1 milyon dollar verəcəkbackend

Rus iş adamı Putinin başına mükafat qoydu – Ölü və ya diri onu tutan hər kəsə 1 milyon dollar verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı iş adamı Aleks Konanıxin Rusiya prezidenti Vladimir Putini Ukraynaya müdaxilə zamanı törətdiyi hərbi cinayətlərə görə “ölü və ya diri” ələ keçirən hər bir zabitə 1 milyon dollar mükafat verəcəyini açıqlayıb.

Medianews.az xəbər verir ki, rusiyalı sahibkar və keçmiş bankir Aleks Konanixin Rusiyanın qonşusu Ukraynaya qarşı müharibəsinin ilk həftəsi başa çatan kimi Putinin başına 1 milyon dollar mükafat qoyduğunu açıqlayıb.

Newsweek-də yayımlanan xəbərə görə, Konanixin çərşənbə axşamı Facebook-da etdiyi paylaşımda, Putini Rusiya və beynəlxalq hüquqa görə hərbi cinayətkar kimi həbs etmək üçün zabit və ya zabitlərə pul ödəyəcəyini vəd etdiyini bildirib.

“Bir etnik rus və Rusiya vətəndaşı olaraq mən bunu mənəvi borc kimi görürəm”, – deyə Konanixin paylaşıb.

Profil fotosunda Ukrayna dövlət bayrağının sarı və mavi rəngləri olan köynək geyindiyi görünən Konanixin də paylaşımında Ukraynaya Putinin hücumlarına tab gətirməkdə kömək etməyə davam edəcəyini bildirib.

“The Jerusalem Post” yazır ki, Konanixin başqa bir sosial media platformasındakı paylaşımına “Axtarılır: Ölü və ya diri. Kütləvi qətlə görə Vladimir Putin” sözləri olan foto yer alıb. Lakin rusiyalı iş adamının bu şəklinin nəşrdən silindiyi görülüb.

Qeyd edək ki, rusiyalı iş adamı Konanixın var-dövlətini Sovet İttifaqının dağılmasından sonra qazanan biri olub. O bu paylaşımları ilə Rusiyada gündəm olub.