Rus deputat: “Bizim sistemimizin kranından qan, yalan və zəhər axır” (VİDEO)backend

Rus deputat: “Bizim sistemimizin kranından qan, yalan və zəhər axır” (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rus cəmiyyəti ilə hakimiyyət arasındakı münasibətlər sistemində uyğunlaşmada üçlü düşünmə, köləlik və çuğulçuluq kimi keyfiyyətlər tələb olunur. 
TİA.AZ xəbər verir ki, bu sözləri deputat Maksim Reznik Qanunverici Məclisin iclası zamanı tribunadan Aleksey Navalnının dünənki məhkəməsi və etiraz aksiyalarını şərh edərkən deyib.

“Bizim müşahidə etdiklərimiz cəlladların diktaturasıdır. Cəmiyyət və hökumət arasındakı münasibətlər sistemi antimilli vəziyyətdədir. Bu gün tələb olunan şey peşəkarlıq, səriştəlilik, dürüstlük deyil, fürsətpərəstlik, üçqat düşüncə, köləlik və çuğulçuluqdur. Sistem elə qurulub ki, bu keyfiyyətlər yetişdirilsin”, – deyə millət vəkili qeyd edib.
Etiraz aksiyaları zamanı Reznik şəhərin küçələrində asıb-kəsən hüquq-mühafizə orqanlarının əməkdaşlarını cəllad adlandırıb, parlamentin sədri Vyaçeslav Makarov isə onu təhqiri dayandırmağa çağırıb.
“Sistemimizin kranından paslı su axır: qan, yalan, zəhər. Vali müavinimiz Yevgeni Yelin 9 dekabrda zorakılığın polisin vəzifəsi olduğunu söylədi. Halbuki Polis haqqında qanunda onların vəzifələrinin vətəndaşların həyatını və hüquqlarını qorumaq olduğu bildirilir”, – Reznik xatırladıb.
Bundan əvvəl, Sankt-Peterburq parlamentində demək olar ki, bütün partiyaların nümayəndələri şəhərdəki dinc mitinq və yığıncaqlara qoyulan qadağanın qaldırılmasının vacibliyindən danışıblar.