Rus blogger Türkiyə və Krımdakı tətil qiymətlərini müqayisə etdibackend

Rus blogger Türkiyə və Krımdakı tətil qiymətlərini müqayisə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yandex.Zen-də bloq aparan bir rusiyalı Türkiyə və Krımdakı tətil qiymətlərini müqayisə edib və abunəçilərinə hansına getməyin daha sərfəli olduğunu açıqlayıb.
Məlum olub ki, Rusiyanın ilhaq etdiyi Krım kurortu xarici kurorta uduzur.
Tia.az xəbər verir ki, o bu il Krıma gedib. İstanbulda isə 2017-ci ildə istirahət edib. Blogger qiymətləri müqayisə edərkən məzənnədəki dəyişiklikləri nəzərə alıb.
Nəticə budur: Krımda və Türkiyədə yerləşmə təxminən bir turistə bu qiymətə başa gəlir – Rusiya yarımadasında büdcəli oteldə bir gecə 1,3 min rubl (30,29 azn), İstanbulda isə 1,2 min (27,96 azn).
Müəllif qeyd edib ki, yemək, ictimai nəqliyyatla səyahət və görməli yerləri ziyarət etmək Krımda daha baha başa gəlib – bu, Türkiyədə daha ucuzdur. Rusiyalı xaricdə tətilin daha ucuz və xidmət səviyyəsinin daha yaxşı olduğu qənaətinə gəlib.
“Türkiyənin rahatlıq səviyyəsi birmənalı olaraq üstündür. Məsələn, eyni avtobuslar, hər oteldə bufet, ancaq təəssüf ki, Türkiyədə olmayan kobudluq Krımda mövcuddur”, – yazı müəllifi vurğulayıb.