Rumıniya limanlarını Rusiya gəmiləri üçün bağlayırbackend

Rumıniya limanlarını Rusiya gəmiləri üçün bağlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rumıniya hökuməti Rusiya gəmilərinin ölkə limanlarına girişinə qadağa qoyub.
TİA.AZ xəbər verir ki, ölkənin dəniz administrasiyası tərəfindən verilən bu qərar həmçinin 2022-ci il 24 fevral tarixindən sonra Rusiya bayrağını hər hansı başqa dövlətin bayrağı ilə dəyişdirən gəmilərə də şamil olunur.

Qadağa yardıma möhtac və sığınacaq istəyən, yaxud təhlükəsizlik səbəblərindən limana fövqəladə giriş edən gəmilərə şamil olunmur.
Sözügedən qadağa aprelin 17-dən qüvvəyə minir.