Rubl necə dəyərdən düşür? – Ekspert şərhibackend

Rubl necə dəyərdən düşür? – Ekspert şərhi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Mərkəzi Bankının rublun son günlər dollar qarşısında dəyər qazandığı haqda məlumatları həqiqəti əks etdirmir.

Qaynarinfo xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
O, rublun illərdir dəyər itirməsinin ardıcıllığını sıralayıb:
“2013-cü ildə, Rusiyanın Krımı işğalından öncə 1 dollar (il ərzində) ortalama 30 rubl 37 qəpik idi;
– 2015-ci ildə, Rusiyanın Krımı işğal etdikdən sonra 1 dollar (il ərzində) ortalama 56 rubl 23 qəpik oldu;
– 2021-ci ildə, Rusiya-Qərb gərginliyinin kəskin artması başlayanda 1 dollar 69 rubl oldu;
– 2022-ci ilin yanvar ayında ortalama qiymət 1 dollar 75 rubl 88 qəpik olub;
– 2022-ci ilin fevral ayında (müharibə 24 fevralda başladı) ortalama məzənnə 1 dollar – 77 rubl 40 qəpik oldu;
– 2022-ci ilin mart ayında ortalama məzənnə 1 dollar 104 rubl 08 qəpik olub”.
Ekspert qeyd edib ki, 2014-cü ildən, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri 1 dollar 30 rubldan 104 rubla qədər – 3,4 dəfə bahalaşıb:

“Bu gün Rusiya MB-nin rəsmi məzənnəsi inzibati məzənnədir, bazarı əks etdirmir, müxtəlif məhdudiyyətlərə və biznesin üzərinə qoyulmuş məcburi öhdəliklərə görədir. Real məzənnə “qara bazardadır”, amma bir məsələ də var ki, tarix boyu “qara valyuta bazarı” olan ölkələrin sonu heç vaxt yaxşı olmur…”