“Röyal Bank”ın axtarışda olan direktoru həbs edildibackend

“Röyal Bank”ın axtarışda olan direktoru həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
8 ildən artıqdır beynəlxalq axtarışda olan “Röyal Bank”ın direktoru həbs edilərək Azərbaycana gətirilib. 
TİA.AZ-ın “Yeni Sabah”aistinadən məlumatına görə, Cam Fuad Əli oğluna Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə- külli miqdarda olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmış və beynəlxalq axtarışa verilmişdi.
Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə Cam Fuad Əli oğlu barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Cam Fuad Əli oğlu bir neçə ölkənin vətəndaşlığını daşıyıb. Onu gah ABŞ-da, gah da Dubayda olduğu barədə informasiyalar dolaşırdı.
Xatırladaq ki, Fuad Cam ləğv olunan “Royal Bank”ın direktoru, bankın Müşahidə Şurasının sədri isə onun atası Əli Cam olub.