Tribuna İnformasiya Agentliyi

Röya 15 min manat cərimələndi (VİDEO)

11 May
Tanınmış bəstəkar Nadir Əzimov əməkdar artist Röyanı məhkəməyə verib. Bəstəkarın iddiası Xəzər rayon məhkəməsinin qərarına əsasən qismən təmin edilib.
Yenicag.az-a açıqlama verən N.Əzimov məsələyə belə aydınlıq gətirib:
“Röyanı məhkəməyə iki il əvvəl vermişəm. O, mənim “Darıxdım” adlı mahnımı icazəsiz oxuyub, efirdə bir dəfə də olsun adımı çəkməyib. Mən də incidim və məhkəməyə müraciət etdim. Məhkəmənin qərarına görə, Röya 15 min manat təzminat ödəməlidir. Lakin o bunu ödəmək əvəzinə, apellyasiya məhkəməsinə müraciət edib”.
“Bəstəkar müğənni ilə barışmaq barədə düşünürmü?” sualına aldığımız cavab belə olub:
“Röya mənə müraciət edəndə, gec idi, artıq məhkəmə prosesi başlamışdı”.
Qeyd edək ki, Röyanın vəkili qərardan apellyasiya məhkəməsinə şikayət edib.