Rotarunun oğlu və nəvəsi Ukraynadan qaçarkən saxlanıldılar (VİDEO)backend

Rotarunun oğlu və nəvəsi Ukraynadan qaçarkən saxlanıldılar (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dünən, martın 7-də Ukrayna-Moldova sərhədinin Mogilev-Podolski hissəsində Ukraynanın dövlət sərhədini qanunsuz keçməyə cəhd edən 9 nəfərdən ibarət qrup saxlanılıb.
TİA.Az Pravda.com.ua-ya istinadla xəbər verir ki, bu haqda sərhəd xidmətindəki mənbə bildirib.
Saxlanılanlar arasında hərbi xidmətə çağırışçı yaşında olan 8 Ukrayna vətəndaşı və bələdçilik edən Moldova vətəndaşı var. Onlar qayıqla qonşu ölkəyə keçməyə cəhd edib.
Bütün şəxslər saxlanılıb. Qaçanların ölkəni müdafiə etməmək üçün qaçmağa cəhd etdiyi məlum olub.
Saxlanılanlar arasında müğənni Sofiya Rotarunun oğlu və nəvəsi də var.
Alpər