Rostropoviçin violonçeli Londonda 2,5 milyon dollara satılıbbackend

Rostropoviçin violonçeli Londonda 2,5 milyon dollara satılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyalı musiqi aləti ustasi Covanni Qvadaninin (1711-1786) hazırladığı və musiqiçi Mstislav Rostropoviçə (1927-2007) məxsus violonçel Londonda, “Sotheby’s” hərrac evində satışa çıxarılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, musiqi alətinə 2,48 milyon dollar qiymət qoyularaq satılıb.

Hərrac evinin saytında bildirilir ki, bu, Rostropoviç və həyat yoldaşı Qalina Vişnevskayanın (1926-2012) kolleksiyasının ən bahalı satış predmeti olub. Məlumata görə, musiqiçi 1783-cü ildə Antonio Stradivarinin şagirdi tərəfindən hazırlanan vilonçeli 2000-ci ildə alıb. Musiqi alətini Rostropoviçin Parisdəki mənzilinə gətiriblər.