“Rospotrebnadzor”: “Süngər mətbəxdəki bakteriyaların əsas mənbəyidir”backend

“Rospotrebnadzor”: “Süngər mətbəxdəki bakteriyaların əsas mənbəyidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mətbəxdəki bakteriyaların əsas mənbəyi süngərdir.

Bu barədə “Sputnik” radiosuna “Rospotrebnadzor”un (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) Moskva vilayəti üzrə qida gigiyenasına nəzarət şöbəsinin müdiri Nadejda Raeva müsahibə verib.

Onun sözlərinə görə, qab yumaq üçün istifadə edilən süngər mikroorqanizmlərin yetişməsi üçün ideal mənbədir. Onun üzərində unitazdakından 200 min qat daha çox bakteriya var.

Raeva qeyd edib ki, mətbəx süngərləri həftədə ən azı bir dəfə dəyişdirilməlidir.

O əlavə edib ki, iaşə müəssisələri üçün sanitariya qaydaları qabları və tərəvəzləri yumaq üçün süngərlərin istifadəsini xüsusilə qadağan edir:

“Süngəri adi sintetik plastik fırçalarla əvəz edə bilərsiniz, bunlar müntəzəm olaraq yuyula, qaynanmış su ilə dezinfeksiya edilə bilər. Plastikdə patogen mikroflora daha az miqdarda böyüyür”.