Roskomnadzor “mavi balina” ilə bağlı TikTok-dan post və haştaqları sildibackend

Roskomnadzor “mavi balina” ilə bağlı TikTok-dan post və haştaqları sildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Roskomnadzor mütəxəssisləri TikTok-dan “mavi balina” mövzusu ilə bağlı haştaqları, həmçinin İnstagram və TikTok-dan qadağan olunmuş intihar məzmunlu digər postları siliblər.
TİA.AZ xəbər verir ki, bu barədə “İzvestiya” rəsmi məktuba istinadən məlumat yayıb.
İyun ayında Sosial Şəbəkələrin və Messsencerlərin Peşəkar İstifadəçiləri Birliyi tərəfindən sosial şəbəkələrdə qadağan edilmiş məzmun haqqında bölməyə məktub göndərildiyi aydınlaşdırılır. İyulun sonunda Roskomnadzor sosial şəbəkələrdə qadağan olunmuş intihar məzmununun və “mavi balina” haştaqlarının silindiyini açıqlayıb.
“Biz daim ölüm qruplarının aşkarlanması üzərində işləyirik. 2017-ci ildən bəri 10 minə yaxın icma, istifadəçinin şəxsi səhifələri və yazılarını aşkar edərək silmişik”, – qurumdan bildiriblər.