Tribuna İnformasiya Agentliyi

Roqozin Bakıda hesabat verəcək

15 Dekabr

Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin bu gün Bakıya gəlir. Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin bu gün Bakıya gəlir.

TİA.AZ xəbər verir ki, Roqozin Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın iclasında iştirak edəcək, həmçinin prezident İlham Əliyevlə görüşəcək.

“Kommersant” qəzetinin yazdığına görə, səfərin gündəliyinə Azərbaycan rəhbərliyi ilə görüş və silah ixracına dair danışıqlar daxildir.

“Danışıqlarda məqsəd “İsgəndər” operativ-taktiki raket kompleksinin Ermənistanda yerləşdirilməsinə aydınlıq gətirmək, rəsmi Moskvanın mövqeyini Azərbaycan tərəfinə izah etməkdir”, -deyə qəzet yazır.

Qeyd edək ki, Bakıda dekabrın 16-da Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək

KİV-lərin məlumatına görə, “İsgəndər” kompleksinin bir divizionu Ermənistana bu ilin sentyabr ayında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzləri arasında silah razılaşması çərçivəsində verilib.

Rəsmi olaraq bu fakt heç vaxt təsdiqlənməsə də, 2016-cı ilin sentyabr ayında Ermənistanın müstəqilliyinin 25 illiyi ilə bağlı keçirilən hərbi paradın məşqi zamanı bu komplekslər ictimaiyyətə göstərilib.