Ronalduya iş açıldıbackend

Ronalduya iş açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) “Yuventus” futbol klubunun hücumçusu Kriştianu Ronalduya qarşı Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İspaniyanın “Valensiya” klubuna qarşı oyunun nəticələrinə əsasən intizam işi açıb.

Oxu.az xəbər verir ki, bununla bağlı ESPN məlumat yayıb.

İntizam işinə sentyabrın 27-də Nizam-intizam, etika və nəzarət idarəsində baxılacaq. Futbolçu qırmızı vərəqə aldığı üçün avtomatik olaraq, oktyabrın 2-də “Young Boys”a qarşı keçiriləcək oyunu buraxacaq, ancaq onun diskvalifikasiyası artırıla bilər.

Dünən “Valensiya”ya qarşı keçirilən oyunda Ronaldu qırmızı vərəqə alıb. Hakim Feliks Brix portuqaliyalını matçın 29-cu dəqiqəsində meydançadan kənarlaşdırıb.

Hakim hesab edib ki, Ronaldu meydan sahiblərinin müdafiəçisi Ceyson Murilonu üzündən vurub. Kriştianu meydançanı göz yaşları içərisində tərk edib.

Qeyd edək ki, “Yuventus” azlıqda olmasına baxmayaraq, “Valensiya”nı 2:0 hesabı ilə məğlub edib.