Ronaldunun oğluna görə istintaq başladıbackend

Ronaldunun oğluna görə istintaq başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Portuqaliyanın Madeyra şəhərinin polisi İtaliyanın “Yuventus” klubunda çıxış edən Kriştianu Ronaldunun 10 yaşlı oğlu Kiçik Kriştianunun reaktiv xizək sürməsi ilə bağlı istintaq başladıb.

TİA.AZ  “The Sun”a istinadən xəbər verir ki, həmin videonu 35 yaşlı hücumçunun bacısı paylaşıb. O, daha sonra həmin görüntüləri silib. Portuqaliya qanunlarına görə, cərimə 2 min funt sterlinqdən çox ola bilər.

Dəniz polisinin rəhbəri Gerreyro Kardosu hadisə ilə əlaqədar istintaqın getdiyini təsdiqləyib.

Polis hazırda reaktiv xizəyin kimə məxsus olduğunu və hadisənin digər hallarını araşdırır.