Ronaldunun İtaliyada qol vurmadığı cəmi bir komanda qaldıbackend

Ronaldunun İtaliyada qol vurmadığı cəmi bir komanda qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu İtaliya A Seriyasında növbəti nailiyyətə imza atıb.

 TİA.AZ xəbər verir ki, portuqaliyalı hücumçu XXIX turun “Leççe” ilə ev oyununda da fərqlənərək, İtaliyada 20-ci komandanı məyus edib. Bununla da ölkədə 35 yaşlı forvardın qol vurmadığı yalnız bir komanda – “Kyevo” qalıb. Ronaldu 2018/2019 mövsümündə Verona təmsilçisi ilə ev oyununda da bu şansa malik olub. Lakin həmin qarşılaşmada o, penaltini dəqiq yerinə yetirə bilməyib.

Əvəzində təcrübəli qolçu “Leççe” ilə oyunun 62-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirərək, hesabı turinlilərin xeyrinə 2:0 edib. Görüş isə “Yuventus”un böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:0.

Qeyd edək ki, Kriştianu Ronaldu cari mövsümdə bütün yarışlarda “Yuventus”un heyətində 35 görüşdə iştirak edərək 26 qol vurub, habelə 4 məhsuldar ötürmə edib.