Ronaldunun bu addımını hər kəs bəyəndi – VİDEObackend

Ronaldunun bu addımını hər kəs bəyəndi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Premyer Liqasının 6-cı turu çərcivəsində “Mançester Yunayted” öz meydanında “Aston Villa”nı qəbul edib.

Fanat.Az xəbər verir ki, “qırmızı şeytanlar” qonaqlara minimal hesabla məğlub olub.

Oyunun 90+3-cü dəqiqəsində “Aston Villa”nın qapısına təyin olunan penalti zərbəsini Brunu Fernandeş (Bruno Fernandes) dəqiq yerinə yetirə bilməyib. Məğlubiyyətdən xilas olunacaq yeganə epizodu dəyərləndirə bilməyən Brunu bundan çox məyus olub. Komandanın 36 yaşlı forvardı Kriştianu Ronaldu (Cristiano Ronaldo) dərhal onun yanına qaçaraq dəstək nümayiş etdirib.

Kriştianunun bu hərəkəti sosial şəbəkələrdə yüksək qiymətləndirilib.

Həmin epizodun videosunu təqdim edirik:

Xatırldaq ki, görüşdə yeganə qolu oyunun 88-ci dəqiqəsində “Aston Villanın” müdafiəçisi Kortni Haus (Kortney Hause) vurub.